ÜMUMİ İQTİSADİYYAT ÜZRƏ

1. Biznesə başlama

- Biznesə başlamaq üçün hazırlığın qiymətləndirilməsi;

- Biznesin Virtual imitasiyası;

- Biznes üçün doğru təşkilatı – hüquqi formanın seçilməsi;

- Fiziki və hüquqi şəxslərdə (firma, müəssisə, şirkət və s.) işin qurulması üçün Biznes planın işlənməsi;

- Biznesə başlamaq üçün Fəaliyyət planının işlənməsi

 

2. Şirkətin təsis sənədlərin hazırlanması və qeydiyyatı;

Sahibkar biznes fəaliyyətinə başlamazdan əvvəl ilk növbədə vergi ödəyicisi kimi vergi orqanında qeydiyyata alınmalıdır. Qeyd edək ki, fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə fərdi sahibkar kimi və ya hüquqi şəxs yaradaraq məşğul ola bilər. 

Fərdi sahibkarlıq- hüquqi şəxs yaratmadan fiziki şəxslərin gəlir əldə etmək məqsədilə fərdi qaydada, xüsusi mülkiyyətinə əsaslanaraq, risk və məsuliyyəti öz üzərinə götürməklə həyata keçirdiyi sahibkarlıq fəaliyyətidir. 

Hüquqi şəxs- qanunla müəyyənləşdirilmiş qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış, müstəqil balansı olan elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı olsun, öz öhdəlikləri üçün bu əmlakla cavabdehlik daşısın, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh qismində iştirak etmək hüququna malik olsun.  

Bu xidmət növünə aşağıdakı proseduralar daxildir:

  • Sahibkarlıq fəaliyyətinin təməli sayılan şirkətlərin (MMC) rəsmi qeydiyyatı;
  • Vergi orqanı tərəfindən təqdim olunan sənədlərin (nizamnamə, çıxarış və VÖEN) notarial qaydada təsdiq olunması;
  • Hüquqi şəxsin qanuni təmsilçisi üçün ASAN İmza (Mobil imza) alınması;
  • Şirkətə korporativ möhür və ya ştampınalınması;
  • Fiziki və hüquqi şəxslər üçün müvafiq şəhadətnamə dublikatın göndərilməsi ilə bank hesabının açılması və rekvizitlərin alınması;
  • Şirkət direktorunun əmək müqaviləsinin qeydiyyatı üçün müvafiq bildirişin göndərilməsi;

3. Vergi üzrə xidmətlər;

- Onlayn kargüzarlıq;

- Vergi Qanunvericiliyinin izahı;

- Vergi orqanları ilə yazışmalar;

- Vergi orqanları ilə yaranan mübahisələrdə məsləhət;

- Əmək müqaviləsi bildirişlərinin qeydiyyatı;

- Muzdlu və qeyri-muzdlu   işlə əlaqədar vahid   bəyannamələrin təqdimi;

- e-Bəyannamələrin hazırlanması və verilməsi;

- e-Qaimə-fakturanın göndərilməsi və s.;

4. Biznes idarəçiliyi;

- Biznes qərarlarının hazırlanması;

- Qərarvermə prosesinin qurulması;

- Sistem menecmentin təşkili;

- Vəzifə - Səlahiyyət – Öhdəlik – İcra – Hesabat – Qiymətləndirmə paralelliyinin idarəolunması;

5. Strateji menecment;

Bura - müəssisənin müəyyən zaman keçdikdən sonra ən optimal üsullarla yüksək nəticələr əldə etməsinə imkan yaradan inkişaf strategiyasının işlənib hаzırlаnmаsı və rеаllаşdırılmаsı xidməti daxildir. Bu xidməti aşağıdakı kimi təsnifləşdirmək olar:

  • Strateji məqsədin və fəaliyyət sahəsinin müəyyənləşdirilməsi;
  • Məqsədə nail olmaq üçün strateji vəzifələrin qarşıya qoyulması;
  • Nəticəni almaq üçün planların düzgün həyata keçirilməsi;
  • Seçilmiş strategiyanın səmərəli həyata keçirilməsi;
  • Nəticələrin qiymətləndirilməsi və strategiyada düzəlişlər aparılması

6. Korporativ idarəetmə;

Bura, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) korporativ idarəetmə standartları, beynəlxalq kodekslər və milli standartlar əsasında şirkətin bütün iştirakçılarının maraqlarını özündə ehtiva edən korporativ idarəetmə katibliyinin formalaşdırılması, o cümlədən də müəssisənin korporativ idarəetmə kodeksinin hazırlanması daxildir. Bura həmçinin korporativ idarəetmə sisteminə daxil olan səhmdar yığıncaqlarının keçirilməsi, qərarların qəbulu və sənədlərin hazırlanması da daxildir.

7. Ailə biznesinin idarəolunması;

  • Ailə Şurasının yaradılması;
  • Ailə iclasının keçirilməsi və protokollaşdırılması;
  • Ailə Kodeksinin yazılamsı;
  • Ailə (lər) in sosial tədbirlərinin qurulması;
  • Ailə şirkətlərində münaqişələrin həll olunması;

8. Maliyyə mənbələrinin aşkarlanması;

  • Müəssisənin maliyyə ehtiyacının qiymətləndirilməsi;
  • Ucuz və alternativ maliyyənin aşkarlanması;
  • Şirkətdaxili və xarici investisiya mənbələrindən müəssisə üçün effektiv olanlarının seçilməsi;
  • Müəssisələrdə maliyyə resurslarının idarə edilməsi problemlərinin təhlili;
  • Maliyyə resurslarının idarə edilməsinin səmərəliliyinin qiymətləndirilməsi;
  • Maliyyə resurslarının yaradılması mənbələrinin təhlili;
  • Maliyyə resurslarından istifadənin səmərəliyinin artırılması yolları.

 

9. İnvestisya layihəsinin hazırlanması;

- İnvestisiya layihəsinin səmərəliliyinin qiymətləndirilməsi;

- İnvestisiya layihələrinin özünü doğrultma müddətinin təyin olunması;

- İnvestisiya risklərinin müəyyənləşdirilməsi və onların idarəolunması alətlərinin hazırlanması;

- İnvestisiya layihəsini hazırlamaq

 

10. Şirkətin investisya ehtiyacının və cəlbediciliyinin qiymətləndirilməsi;

  • Əvvəlki dövrlərdə maliyyə investisiyalaşdırılmasının vəziyyətinin təhlili;
  • Qarşıdakı dövrdə maliyyə investisiyalaşdırılma həcminin təyini;
  • Maliyyə investisiyalaşdırılma formasının təyini;
  • Ayrı-ayrı maliyyə alətlərinin investisiya keyfiyyətinin qiymətləndirilməsi;
  • İnvestisiya portfelinin formalaşdırılması və səmərəli idarə edilməsinin təşkili

 

İslam iqtisadiyyatı və maliyyəsi üzrə xidmətilər

 

1. Şərikli (ortaq) biznesin qurulması;

  • Birgə biznes fəaliyyətinin idarə edilməsi;
  • Şəriklər arasındamünaqişələrin həlli;
  • Ortaqlıqdan əvvəl şərik seçiminin qiymətləndirilməsi;
  • Ortaqlıq müqavilələrinin hazırlanması;

2. İslam maliyyə İnstitutlarının (muşarəkə, mudarəbə, murabaha) qurulması;

Müşarəkə- İslam hüququ termini olaraq iki və ya daha çox insan arasında sərmayənin birləşməsi yolu ilə formalaşan ortaqlığı ifadə edir. Kapitallarını qovuşduran bütün tərəflər, qoyduqları sərmayəyə görə mənfəət və zərərə ortaq olurlar.

Bir tərəfin kapitalı və digər tərəfin isə əməyini ortaya qoyduğu ortaqlıq növünə isə, mudarəbə deyilir.

Murabaha isə malların dəyərinin müştəriyə bildirilməsi və mənfəət əlavə edərək malların satılmasıdır. Başqa sözlə, müştəri aldığı mal üçün satıcıya nə qədər mənfəət verdiyini bilir.

3. İslam Sığortası (Təkaful);

- Mövcud Sığorta şirkətlərində İslam prinsiplərinə uyğun “Təkaful” sığorta məhsulunun hazırlanması;

- Ayrıca “Təkaful” sığortası şirkətinin qurulması;

“Təkaful” sığortasına görə sığorta olunanların öz vəsaitlərini bir virtual hovuza yığırlar. Həmin vəsait İslam prinsiplərinə uyğun olaraq yalnız faizsiz sistemdə və halal məhsul istehsalı şəbəkələrində istifadə olunaraq gəlir əldə olunur. Həmçinin, sığorta hadisəsi zamanı dəymuş ziyana görə sığorta olunan öz vəsaitini alır. Sığorta şirkətinin hovuzunda qalan vəsait isə dövrün sonunda həm Təkaful müəssisəsi həm də digər sığorta olunanlar arasında proporsional qaydada bölüşdürülür. 

4. İslam mikromaliyyələşməsi;

İslam mikromaliyyəsi maliyyəyə çıxış imkanlarını genişləndirmək potensialına malik olub ölkədə yoxsulluğun azaldılmasına əhəmiyyətli təsir göstərir.

İslam mikro maliyyə müqavilələrinin ən geniş yayılmış növlərinə murabaha satış müqaviləsi; icarə müqaviləsi; müşarəkə və mudarəbə (mənfəət və zərər paylaşımı) və Takaful (müştərək sığorta) aid edilə bilər. Bu xidmətlərin hər biri ayrı-ayrılıqda göstərilə bilər və ya digər müqavilələrlə birləşdirilə bilər.

5. İslam Qiymətli kağızlar bazarı;

- Sukukun formalaşdırılması;

- Yerləşdirmə mexanizminin qurulması;

Sukuk olaraq ifadə edilən bu qiymətli kağızlar dövlət və şirkətlərin maliyyələşdirmə vasitəsi olaraq  emissiya olunan və investora faizsiz sabit gəlir imkanı təklif edən qiymətli kağızlardır. Asiya və Körfəz ölkələrində geniş yayılan və İslam qanunları prinsiplərinə uyğun olaraq hazırlanan bu istiqrazlar həm də İslam maliyyə qaynaqlı istiqraz adlanır.

 

6. İnvestisiya cəlbi üçün Beynəlxalq İslam Maliyyə İnstitutlarına layihə təklifinin hazırlanması;

Paketə - Beynəlxalq Maliyyə institutlarına İslam prinsipləri əsasında hazırlanan və xidmət və ya məhsullar istehsal olunmasını nəzərdə tutan layihələrin yazılması, təqdim edilməsi və nəticə (mənfi və ya müsbət) əldə edilməsi aiddir. Qeyd edək ki, xidmət haqqına nəticə əldə edildikdən sonrakı proseduralar daxil deyil. Bura əsasən layihənin yazılmasından maliyyə təşkilatının seçilməsi və təklifin göndərilməsinədək olan bütün prosedurlar daxildir.

7. Kənar şəriət Auditi;

İslam Maliyyə İnstitutlarında bütün əməliyyatların və sənədlərin İslam prinsiplərinə uyğunluğunu müstəqil şəkildə müşahidə və araşdırmalar yolu ilə yoxlanılmasıxidmətləri;

8. Daxili şəriət Auditi;

Bura İslam Maliyyə İnstitutlarında maliyyə və ticarət əməliyyatlarının, prosedurların və əlaqədar sənədlərin müşahidə və araşdırmalar yolu ilə yoxlanılması xidmətləri daxildir.

9. İslam maliyyəsi üzrə sərvətin idarəolunması;

Varlı şəxslərin illər uzunu yığdıqları sərvətlərinin İslam prinsipləri əsasında idarə olunması daxildir.

10. İslam Biznes Etikası;

İş mühitində etik qaydaların İslam iqtisadiyyatı yönündən dəyərləndirilməsi bu xidmətin əsas tərəfidir. Mənəvi standartlar toplusu olan biznes etika qərar qəbul etmədə nəyin doğru, nəyin yanlış olduğunu göstərməkdədir.

11. Qarzı - həsən (Ən yaxşı borc) modelinin qurulması;

- Şirkətin və ya birliyin daxilində qarşılıqlı yardımlaşma “Fondunun” formalaşdırılması;

Maddi çətinliyi olan bir insana yardım etmək üçün ehtiyacı olan məbləği vermək və heç bir mənfəət güdmədən eyni şəkildə borcunu geri almaq qarzı-həsən adlanır. Məsələn: 1000 AZN borc verib 1000 AZN geri almaq qarzı-həsən sayılır.