İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi (İRÖİB) 22.10.2009- cu ildə təsis edilmiş, 15.02.2010-cu ildə isə dövlət qeydiyyatından keçmişdir. Birliyin fəaliyyət predmeti və məqsədi ölkə iqtisadiyyatının inkişafına dəstək olmaqdır. Ətrafında peşəkar yerli və xarici ekspertləri birləşdirir.

SER Consulting MMC İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin ingilis dilindəki adının qısaldılmış baş hərfləri “SER” götürülməklə onun sahibkarlıq fəaliyyətinə aid bölmələrini həyata keçirmək məqsədilə təsis edilmişdir.   

İRÖİB bir sıra yerli və beynəlxalq koalisiyaların üzvüdür:

1)  Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası;

2)  Dünya Resurs İnstitutu (WRI);

3)  Böyük Britaniya İqtisadi-Sosial Tədqiqatlar Konsulluğu (ESRC);

4)  17.09.2011 tarixində dünyanın 130 ölkəsindən 8700 şirkətin və QHT-nin təmsil olunduğu BMT-nin  “Qlobal Saziş” şəbəkəsinə qoşulmuşdur;

5)  Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində həyata keçirilən Vətəndaş Cəmiyyəti Forumu

6) Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvlüyü

7) Milli Qeyri-Hökümət Təşkilatları Forumunun üzvlüyü

8) Milli Mühasiblər Forumunun üzvlüyü

9) BMT-nin ECOSOC üzvlüyü