Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” təsdiq etmişdir.

26 yanvar 2024-cü il, Bakı şəhəri: Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti tərəfindən “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” təsdiq olunmuşdur.
Strategiyada "Alternativ maliyyələşdirmə alətlərinin tətbiq imkanlarının araşıdırılması (Məs: İslam bankçılığı) və İnvestisiya alətlərinin çeşidinin artırılması (İslam maliyyəsi: sukuk və digər İslam maliyyə məhsulları ilə bağlı hüquqi çərçivənin yaradılması və təşviq edilməsi) kimi məsələlərə də toxunulub. Bu da deməyə əsas verir ki, qarşıdakı iki il ərzində İslam kapital bazarında canlanma olacaq və bəzi məhsulların tətbiqinə başlanılacaqdır.