Beynəlxalq Sertifikatlı Təlim öz işinə başlamışdır

20 oktyabr, 2023-ci ildə İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin (SER) və Türkiyə Katılım Bankalar Birliyinin (TKBB) təşkilatçılığı ilə “İslam maliyyə məhsulları: bankçılıq, sığorta, mikromaliyyə və kapital bazarı” üzrə 3 günlük Beynəlxalq Sertifikatlı Treyninq Proqramının (workshop) açılışı olmuşdur.
Tədbir Bakı KOB Evinin direktoru Zaur Qasımbəyov giriş sözü ilə başlamışdır. O, iştirakçıları salamladıqdan sonra Bakı KOB Evi tərəfindən sahibkarlara göstərilən xidmətlər barəsində danışmş və belə təlimlərin KOB-un inkişafına təkan verəcəyini söyləmişdir. Həmçinin Dövlət -Sahibkar Tərəfdaşlığının İnkişaf Mərkəzinin (DÖST) departament mudiri Anar Yusifzadə də çıxış etmişdir. Daha sonra söz tədbirə maliyyə dəstəyi göstərmiş “Vitam MMC” şirkətinin direktoru Fərid Nemətzadəyə verilmişdir. O, təlimin təşkil edilməsini təqdirəlayiq hesab etmiş, iştirakçılara uğurlar arzulamışdır.
Təlimin təşkilatçısı olan İRÖM-ün sədri i.f.d., Ruslan Atakişiyev təlim proqramı haqqında iştirakçılara məlumat vermiş, təlimə başlamaq üçün sözü təlimçi Ali Öztürkə vermişdir.
Bu sahədə 10 ildən artıq təcrübəyə malik olan Ali Öztürk “ İslam Banklarında əmanətlər üzrə əməliyyatlar”,” Vəsaitlərin yerləşdirilməsi yolları”,” Xarici pul köçürmələri(EFT)”, “İslam Mikromaliyyəsi, Təkafül Sığorta Sistemi və İslam Banklarında Tətbiqi” və s. mövzularda çıxış etmişdir. Təlimdə yerli mütəxəssislər Anar Yusifzadə “Azərbaycanın mövcud qanunvericiliyə uyğun hansı İslam Bankçılığı məhsullarını tətbiq etmək mümkündür?” və İbrahim Ağayev “İslam Maliyyəsi və dayanıqlı inkişaf hədəfləri” mövzularında çıxış etmişdilər.
Tədbirdə 20- dən artıq bank mütəxəsssisi, alim, sahibkar, menecerler iştirak etmişdir.