“Alternativ maliyyə bazarlarının Azərbaycanda inkişaf perspektivləri” mövzusunda konfrans keçirildi.

2 mart 2023-cü ildə “Alternativ maliyyə bazarlarının Azərbaycanda inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib.
Konfrans KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış nitqi ilə başlamışdır. O, bildirmişdir ki, bütün dünyada olduğu kimi Azərbaycanda da sahibkarlar maliyyələşmə mənbəyi kimi banklara üstünlük verirlər. O, həmçinin KOBİA tərəfindən Azərbaycanda İslam Bankçılığının formalaşdırılması üçün həyata keçirilmiş qanunvericiliyə təkliflər və ehtiyacların qiymətləndirilməsi üzrə iki layihə haqqında da məlumat vermişdir.
Konfrans “İslam bankçılığı və mikromaliyyəsi: Azərbaycanda inkişaf perspektivləri”, “KOB dəstək alətləri: zəmanət, aktivlərə əsaslanan maliyyələşmə və lizinq” və “Startap ekosisteminin inkişafının əhəmiyyəti” mövzuları üzrə 3 paneldə müzakirələr təşkil edilib.
I paneldə İqtisadi Resursların Öyrənilməsi İB – nin (SER) sədri, i.f.d Ruslan Atakişiyev 2022-ci il avqust- sentyabr aylarında İqtisadi Resursların Öyrənilməsi mərkəzi tərəfindən aparılmış "Azərbaycanda alternativ maliyyə və İslam Bankçılığı üzrə ehtiyacların qiymətləndirilməsi " tədqiqatının nəticələrinin təqdimatını edib.
Qeyd edək ki, konfrans AR KOBİA və USAİD agentliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.