Bakıda təlim keçirildi.

5 oktyabr 2023-cü il tarixində İqtisadi İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi “İlkin investisiya layihəsinin hazırlanması” mövzusunda treyninq keçirmişdir.
Tədbiri giriş sözü ilə İRÖM-ün layihə rəhbəri Qafqaz Qəhrəmanlı açmışdır. Daha sonra İRÖİB-in sədri, layihə üzrə təlimçi iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev sahibkarlara Azərbaycanda mövcud olan maliyyə mənbələri haqqında, dövlət və özəl investisiya şirkətləri barəsində məlumat vermiş, investisiya layihəsinin yazılması qaydası barədə muhazirə oxumuşdur. Daha sonra iştirakçılar qruplara ayrılaraq öz ideyalarını praktiki olaraq hazırlamaq tapşırılmışdır. Sonra layihə rəhbəri və maliyyə üzrə təlimçi Qafqaz Qəhrəmanlı i layihə formasının smeta(büdcə) hissəsi mövzusu üzrə çıxış etmiş və büdcə hazırlanmasının praktiki yöndən izah edərək iştirakçılarla birlikdə nümunələr üzərində işləmişdir.
20-ə yaxın şəxsin olduğu tədbirdə əsasən sahibkarlar və yeni iş qurmaq istəyən təşəbbüskarlar iştirak etmişdir.
Tədbirlərin sonunda iştirakçıları maraqlandıran suallara cavab verilmişdir.
Məlumat üçün bildirək ki, bu təlimlər Mingəçevir, Oğuz,Gədəbəy və İmişli şəhərlərində də keçirilmişdir.
Qeyd edək ki, təlim Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə tərəfindən icra olunan “Mikro və Kiçik Sahibkarlığın (MKS) Investisiya Təminatı üçün İnnovativ Biznes Konsepsiyasının Yazılması” adlı layihə çərçivəsində reallaşmışdır.