“İslam maliyyə sistemləri və onun Azərbaycandakı perspektivləri” kitabı işıq üzü görüb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və Azərbaycan İlahiyyat İnstitutu ilə birgə hazırladığı və SER-in iki ekspertinin: Ruslan Atakişiyev və Yamin Savalanın da həmmüəllifi olduğu “İslam maliyyə sistemləri və onun Azərbaycandakı perspektivləri” kitabı işıq üzü görüb. Qeyd edək ki, kitab “İslam maliyyəsi” fənni üzrə dərs vəsaiti kimi istifadə ediləcəkdir. Kitabla yanaşı tədris proqramı hazırlanmışdır.
Kitabın təqdimat mərasimi isə 20 dekabr 2023-cü il tarixində saat 11.00-da Azərbaycan İlahiyyat İnstitutunun akt zalında sözügedən kitabın təqdimat mərasimi keçiriləcək.