İslam maliyyəsinə dair dərs vəsaitinin təqdimatı oldu

Bugün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) və Azərbaycan İlahiyyat İnstitutu ilə birgə hazırladığı “İslam maliyyə sistemləri və onun Azərbaycandakı perspektivləri” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə İqtisadi Resursların Öyrəniləməsi Mərkəzinin sədri, kitabın həmmmüəlliflərindən i.f.d. Ruslan Atakişiyev də iştirak etmişdir.  O, öz nitqində bu tədbirin ölkəmiz üçün əhəmiyyətdən danışdı.   Azərbaycan İlahiiyat İnstitutunda  “İslam maliyyəsi” fənni üzrə dərs vəsaiti kimi istifadə edilməsini, həmçinin  tədris proqramının  hazırlanmasını təqdirəlayiq hesab edib. Digər universitetlərdə də bu fənnin tədris olunmasını arzu edib.
Tədbirdə İİTKM-nin icraçı direktoru, professor Vüsal Qasımlı, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Milli Məclisin deputatı Ceyhun Məmmədov, Azərbaycan Dövlət İqtisad Universiteti, TÜDİFAK-ın dekanı prof.dr. Mehmet Yüce və digər qonaqlar iştirak etmişdilər.