Mingəçevirdə sahibkarlar üçün tədbir kecirildi.

13 sentyabr 2023-cü il tarixində Mingəçevirdə “İlkin investisiya layihəsinin hazırlanması” mövzusunda treyninq keçirilmişdir.

Qeyd edək ki, təlim Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi tərəfindən icra olunan “Mikro və Kiçik Sahibkarlığın (MKS) Investisiya Təminatı üçün İnnovativ Biznes Konsepsiyasının Yazılması” adlı layihə çərçivəsində reallaşmışdır.

Təlim, Mingəçevir Gənclər Evində 13 sentyabr tarixində mikro və kiçik sahibkarlara investisiya layihəsinin hazırlanması üzrə keçirilmişdir. Tədbiri giriş sözü ilə AR Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Aran regional koordinatoru Ayaz Ədilov açmışdır. Daha sonra İRÖİB-in sədri, layihə üzrə təlimçi iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev sahibkarlara Azərbaycanda mövcud olan maliyyə mənbələri haqqında, dövlət və özəl investisiya şirkətləri barəsində məlumat vermiş, investisiya layihəsinin yazılması qaydası barədə muhazirə oxumuşdur. Daha sonra iştirakçılar qruplara ayrılaraq öz ideyalarını praktiki olaraq hazırlamaq tapşırılmışdır. Sonra İqtisadi Resurların Öyrənilməsi İctimai Birliyinin icraçı direktoru, layihə rəhbəri və maliyyə üzrə təlimçi Qafqaz Qəhrəmanlı isəlayihə formasının smeta(büdcə) hissəsi mövzusu üzrə çıxış etmiş və büdcə hazırlanmasının praktiki yöndən izah edərək iştirakçılarla birlikdə nümunələr üzərində işləmişdir.

15-ə yaxın şəxsin olduğu tədbirdə əsasən sahibkarlar və yeni iş qurmaq istəyən təşəbbüskarlar iştirak etmişdir.

Tədbirlərin sonunda iştirakçıları maraqlandıran suallara cavab verilmişdir.