I İslam Maliyyə Forumu – IMF'24

  İqtisadi Resursların Öyrənilməsi İctimai birliyinin təşkilatçılığı,  İslam Maliyyəsi qurumları üçün Mühasibat Uçotu və Audit Təşkilatı (AAOIFI); Türkiyə İştirakçı Banklar Birliyi (TKBB) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfdaşlığı ilə  13 noyabr 2024-cü ildə Bakıda               "I İslam Maliyyə Forumu-İMF 24" keçiriləcək.

Forum İslam maliyyəsinin Azərbaycanda və regionda inkişaf perspektivlərinin müzakirəsi, beynəlxalq təcrübənin bölüşdürülməsi və bu sahədə dövlət qurumları, maliyyə institutları, biznes nümayəndələri, ekspertlər və akademik dairələr arasında əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır.

Tədbir çərçivəsində İslam bankçılığı, İslam maliyyə məhsulları, sahibkarlığın maliyyələşdirilməsi, tənzimləyici və institusional məsələlər, eləcə də İslam maliyyəsinin Azərbaycanda tətbiqi imkanları və inkişaf perspektivləri ilə bağlı aktual məsələlər müzakirə olunacaq.

Forum maliyyə və bank sektorunun nümayəndələrini, sahibkarları, dövlət qurumlarının təmsilçilərini, ekspertləri, alim və tədqiqatçıları bir araya gətirən peşəkar platforma rolunu oynayır. İştirakçılar İslam maliyyəsi sahəsində beynəlxalq və regional təcrübə ilə tanış olur, fikir və təcrübə mübadiləsi aparır, yeni əməkdaşlıq imkanlarını müzakirə ediləcək.

Forum çərçivəsində İslam maliyyəsinin Azərbaycanda inkişafı üçün institusional və peşəkar imkanların genişləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və dövlət, maliyyə sektoru, biznes və akademik dairələr arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində müzakirələr aparılacaq.

İMF-2024 İslam maliyyəsi sahəsində mövcud imkanların və çağırışların müzakirəsi, beynəlxalq təcrübənin bölüşdürülməsi və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi üçün mühüm platforma yaradır.