III İSLAM MALİYYƏ FORUMU – İMF'26

   Bakı, 22 oktyabr 2026-cı il İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin (SER) təşəbbüsü ilə "III İslam Maliyyə Forumu – İMF’26" keçiriləcək.
 
    Forumun əsas məqsədi İslam maliyyəsi sahəsində qlobal və regional tendensiyaların, müasir çağırışların və inkişaf perspektivlərinin müzakirəsi, dövlət qurumları, maliyyə institutları, akademik dairələr və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də Azərbaycanın İslam maliyyəsi ekosisteminin inkişafına töhfə verəcək yeni təşəbbüslərin təşviq edilməsidir.
 
    Tədbir çərçivəsində İslam bankçılığı, kapital bazarı və Sukuk, təkafül, mikromaliyyələşmə, halal investisiyalar, FinTech, rəqəmsal transformasiya, yaşıl və davamlı maliyyələşmə, hüquqi-tənzimləyici çərçivə, elm, təhsil və insan kapitalının inkişafı kimi aktual istiqamətlər üzrə panel müzakirələri və təqdimatlar keçiriləcək.
 
    Forum yerli və beynəlxalq dövlət qurumlarının, bankların, investisiya və sığorta şirkətlərinin, maliyyə institutlarının, sahibkarların, investorların, alim və tədqiqatçıların, universitet nümayəndələrinin və digər maraqlı tərəflərin bir araya gəldiyi peşəkar platforma olacaq. İştirakçılar beynəlxalq təcrübə ilə tanış olmaq, real bazar nümunələrini müzakirə etmək, yeni əməkdaşlıq imkanları yaratmaq və peşəkar əlaqələr qurmaq imkanı əldə edəcəklər.
 
   Forumun proqramına rəsmi açılış mərasimi, plenar sessiya, panel müzakirələri, ekspert təqdimatları və networking imkanları daxildir. Tədbir çərçivəsində yeni tərəfdaşlıqların qurulması, dövlət-özəl sektor dialoqunun genişləndirilməsi və İslam maliyyəsi sahəsində yerli və beynəlxalq təcrübə mübadiləsinin gücləndirilməsi nəzərdə tutulur.
 
Tarix: 22 oktyabr 2026
Məkan: Badamdar Hotel, Gabala Ballroom
Başlanğıc: 09:00
 
İMF’26 Təşkilat Komitəsi