"İSLAM MALİYYƏ FORUMU 2025" keçiriləcək

23 oktyabr 2025-ci ildə Bakıda İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi (SER) təşəbbüsü, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dəstəyi, Azərbaycan Respublikası Mərkəzi Bankının, AR Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM), AR Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Türkiyə Katılım Bankalar Birliyinin (TKBB), AR Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) birgə tərəfdaşlığı ilə "İslam Maliyyə Forumu" keçiriləcək.

Forumun məqsədi İslam maliyyəsi sahəsində müasir çağırışları, investisiya imkanları və inkişaf perspektivlərini müzakirə etməkdir. Forum haqqında ətraflı məlumat üçün linkə daxil olun.

https://bit.ly/4mT6bmY