SER Dubayda investorlarla görüş keçirdi.

Azərbaycan Respublikası Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə İqtisadi Resursların Öyrənilməsi ictimai birliyinin icra etdiyi “Qаrаbağ və Şərqi Zəngəzurun dirçəldilməsinə “yaşıl sərmayə”nin  cəlbi” layihəsi çərçivəsində ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Arqaam Capital” təşkilatının rəhbəri Abdul Kadir Hussain,“Qitmeer Smart Managemet Consultancies” təşkilatının rəhbəri prof. Abdussalam İmail Onagun, “Al-Huda CIBE” təşkilatında sərmayəçilər və biznes əlaqələndiriciləri kimi Mr. Muhammad Zubair, Mr. Fahad, Mr. Abdul Samad, Mr. Ravi, Mr. Ali Jaber, Ms. Fatima, Ms. Shazma, Ms. Shehla Hameed həmçinin  “Panacea” şirkətinin   həmtəsisçisi Sohail Ahmad  ilə görüş keçirilib.

Görüşdə İRÖİB-in sədri i.f.d. Ruslan Atakişiyev ona layihənin məqsədi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonların investisiya potensialı barəsində geniş məlumat verdi. O, bölgənin kənd təsərrüfatı, turizm, emal və tikinti materialları sənayesi üzrə böyük potensialının olmasına diqqət çəkərək sərmayəçilər üçün yaradılmış investisiya mühiti – vergi, gömrük, sənaye parkları - barəsində də danışdı.

Abdul Kadir Hussain Qarabağda açılan müəssisələrin fəaliyyətinə maliyyə cəlbi üçün Sukuk bazarından istifadəni təklif etdi. Bunun üçün ərazi üzrə təklif olunan layihələrin maliyyə göstəricilərinin tərtib olunmasını zəruri hesab etdi.

Sonda xatirə şəkli çəkildi.