22 fevral 2019-cü il tarixində UNEC-in “Meybullayev İslam İqtisadiyyatı Mərkəzi” ilə İqtisadi Resursların Öyrənilməsi ib arasında memorandum imzalamışdır. Tərəflər “İslam iqtisadiyyatınin öyrənilməsi” istiqamətində tədbirlərin həyata keçirilməsi üzrə birgə əməkdaşlıq etməyi qərara almışdılar. Memorandiumu İRÖM –ün sədri i.f.d. Ruslan Atakişiyevlə UNEC-in “Meybullayev İslam İqtisadiyyatı Mərkəzi”nin rəhbəri dos., i.f.d.Sərfinaz Xanlarzadə imzalaşmışdırlar.

11.04.2019 Ətraflı

 9 aprel 2019-cu ildə UNEC-də "Meybullayev İslam İqtisadiyyatı" Mərkəzi tərəfindən "Faizssiz bankçılıq və onun Azərbaycanda tətbiqi imkanları" mövzusuna həsr edilmiş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Meybullayev İslam İqtisadiyyatı Mərkəzinin rəhbəri i.e.n., dos. Sərvinaz Xanlarzadə mərkəzin fəaliyyəti ilə bağlı və onun istiqamətləri haqqında, qarşıya qoyulan vəzifələr və gələcək planlardan məlumat verib.  Sonra cıxış üçün söz İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri i.f.d. Ruslan Atakişiyevə verilib. O, öz təqdimatında faizssiz bankçılığın mahiyyətini, faizin milli gəlirin ədalətli bölgüsünə maneələrini açıqlayıb. 

09.04.2019 Ətraflı

22 fevral 2019-cü il tarixində UNEC-in “Meybullayev İslam İqtisadiyyatı Mərkəzi” ilə İqtisadi Resursların Öyrənilməsi ib arasında memorandum imzalamışdır. Tərəflər “İslam iqtisadiyyatınin öyrənilməsi” istiqamətində tədbirlərin həyata keçirilməsi üzrə birgə əməkdaşlıq etməyi qərara almışdılar. Memorandiumu İRÖM –ün sədri i.f.d. Ruslan Atakişiyevlə UNEC-in “Meybullayev İslam İqtisadiyyatı Mərkəzi”nin rəhbəri dos., i.f.d.Sərfinaz Xanlarzadə imzalaşmışdırlar.

22.02.2019 Ətraflı

 İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regionlarda sahibkarların biznes imkanlarının genişləndirilməsi üçün tədbirlərin təşkili” layihəsi çərçivəsində 21 sentyabr 2018-ci il tarixində Lənkaran Rayonunda keçirilmişdir.

Layihənin həyata keçirilməsində başlıca məqsəd rayonlarda da Sahibkarlar arasında Birgə biznes modelini aşılamaq yolu ilə onlarda müstəqil şəkildə sərmayəçilərlə birbaşa əməkdaşlıq etmək qabiliyyətinin formalaşdırılmasına nail olmaqdır.

24.10.2018 Ətraflı

 İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Regionlarda sahibkarların biznes imkanlarının genişləndirilməsi üçün tədbirlərin təşkili” layihəsini icra edir. Layihə çərçivəsində "Birgə biznesin təşkili və maliyyələşməsi yolları" kitabçası nəşr olunub.  Kitab investorlara, iş adamlarına, biznesə yeni başlayanlara "Birgə biznes" quraraq qısa  və uzun müddətli, şərikli işlərinin qurulmasında hüquqi və iqtisadi cəhətdən dəstək göstərmək üçün yazılmışdır.    

05.10.2018 Ətraflı

İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regionlarda sahibkarların biznes imkanlarının genişləndirilməsi üçün tədbirlərin təşkili” layihəsi çərçivəsində 5 oktyabr 2018-ci il tarixində Zaqatala Rayonunda sahibkarların iştirakı ilə tədbir keçirilmişdir. Seminarın keçirilməsində başlıca məqsəd 2016-cı ildə qəbul olunmuş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol xəritəsində” sahibkarlığın inkişafı ilə bağlı məsələlərə dəstək göstərmək və regionlarda yaşayan sahibkarları bu mövzular ətrafında maarifləndirməkdən ibarətdir. 

05.10.2018 Ətraflı

İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regionlarda sahibkarların biznes imkanlarının genişləndirilməsi üçün tədbirlərin təşkili” layihəsi çərçivəsində 7 sentyabr 2018-ci il tarixində Bakı Mətbuat Mərkəzində mətbuat konfransı keçirilmişdir. Layihənin həyata keçirilməsində başlıca məqsəd Sahibkarlar arasında Birgə biznes modelini aşılamaq yolu ilə onlarda müstəqil şəkildə sərmayəçilərlə birbaşa əməkdaşlıq etmək qabiliyyətinin formalaşdırılmasına nail olmaqdır.

07.09.2018 Ətraflı